Türkiyə dövlət universitetlərinə attestatla qəbul olub Türkiyədə təhsil ala bilərsiniz. Türkiyə dövlət universitetlərinə heç bir imtahan vermədən qəbul olub Türkiyədə təhsil almağı, Türkiyədə təhsil şirkəti olaraq sizlərə təklif edirik.

Niyə Türkiyədə təhsil?

Bir çox tələbələr xaricdə təhsil almaq istədikdə çox uzağa yox, məhz Türkiyə universitetlərinə müraciət edirlər.  Türkiyədə təhsil sistemi son illərdə çox inkişaf edib. Türkiyə Dövlət Universitetlərinə illik təhsil haqqı digər xarici ölkələrin təhsil haqqı ilə müqayisədə olduqca azdır.

Türkiyənin sənədləri

Türkiyədə təhsil almaq üçün lazım olan sənədlər universitetin qoyduğu qaydaya görə dəyişə bilər.

Ümumi desək, Türkiyədə təhsil almaq üçün bu sənədlər tələb olunur:

1 . Attestat  –   Attestat  tələbələrə  Türkiyədə   təhsil   almaq  üçün xüsusilə  vacibdir.  Azərbaycanda bəzi hallarda 11-ci sinifi bitirən tələbələrə attestat gec verilir. Bu səbəbdən də tələbələr həmin qəbul ilində universitetlərin bəzilərini itirə bilirlər. Attestatsız qəbul olmaq istəyən şəxs məktəbə müraciət edib 11-ci sinif şagirdi olmasına və məktəbi bu il bitirəcəyinə dair arayış almalıdır.

2.Transcript – 11-ci sinifi hansı məktəbdə bitirmisinizsə ora müraciət edib həmin məktəbin direktorundan bu sənədi ala bilərsiniz. Bu sənədə 9,10,11-ci siniflərin yekun qiymətləri yazılır. Əgər siz, 11-ci sinifi tam bitirməmisinizsə 9 və 10-cu sinifin qiymətləri ilə bizə müraciət edə bilərsiniz.                                   

3.Xarici Pasport – Xarici pasport əsas sənədlərdən sayıla bilər. Çünki xarici universitetlərə qəbul olmaq üçün bu sənəddən istifadə olunur. Əsasən oğlan uşaqları universitetə qəbul olub lakin xarici pasportları yoxdursa, o zaman qəbul haqqında arayışı götürmək üçün universitetə getməlidir. Bu səbəbdən də(Hərbi Xidmət Problemi) o nə ölkədən çıxa biləcək, nə də vayinkomat ona möhlət hüququ tanıyacaq. Oğlan uşaqları xarici pasportu olduqca tez almalıdırlar. Əks halda ağ biletdə möhlət hüququ olmayan 18 yaşlı vətəndaşlara xarici pasport düşmür.                        

4. Şəkil – Şəkillər universitetin  qaydalarına əsasən dəyişir. Belə ki, Türkiyədə təhsil üçün 8 ədəd 3×4 və 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil  lazımdır.

5.  18 yaş tamam olmayıbsa – 18 yaşı tamam olmayan şəxs Türkiyədə təhsil almaq istəyirsə, belə halda o, natariusdan ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsini almalıdır. 

6. Xərclərin Qarşılanması – Bəzi ölkələrdə və Türkiyədə təhsil almaq üçün istənilən biri (bu ana və ata da ola bilər) natariusda Türkiyədə təhsil alacağınız zaman ərzində maddi xərclərinizi qarşılayacağına davernus verməlidir.                                                

Türkiyənin xərcləri

Türkiyədə təhsil zamanı çıxan xərclər aşağdakılardır.

1.İllik təhsil haqqı – Yarımillik olaraq 80$ Dollardan başlayır, illik 160$ Dollar.  (Qiyabilərdə nisbətən 20% ucuz olur).

2.Yataqxana – Aylıq 90$ Dollardan başlayır. (Qiyabilərə ehtiyac olmur, İllik ödədikdə daha endirimli olur).

3.Yolpulu –  təyyarə, qatar, (Avtobusla 60 $) və bu kimi gedişdən asilı olaraq dəyişir. (Sizdən asılıdır).

4. Sənədləşmə Qəbul – Burada seçəcəyiniz sənədləşmə və qəbul xərcləri paketdən aslı olaraq dəyişir. Ətraflı məlumat üçün saytımızın əlaqə bölməsindən istifadə edərək məlumat əldə edə bilərsiniz.