Ukrayna dövlət universitetlərinə qəbul olub Ukraynada təhsil ala bilərsiniz. Ukraynada təhsil şirkəti olaraq sizlərə imtahan vermədən attestatsız Ukraynada təhsil almağı təklif edirik.  Ukraynada təhsil almaq istəyirsinizsə bizə müraciət edin, arzu və istəklərinizi reallaşdırın.

Niyə Ukraynada təhsil?

Son zamanlarda Ukraynada təhsil sistemində yüksək  dərəcədə  nailiyyətlər  əldə olunmuşdur. Ukraynada təhsil alan tələbələrin sayı sürətlə inkişaf edir. Başqa ölkələr də təhsil baxımından yaxşıdır. Ancaq bunlardan ən gözəl və ən sərfəlisi Ukraynada təhsildir. Qısa sözlə desək, Ukrayna təhsil özünəməxsusluğu ilə seçilir.

Ukraynanın sənədləri

Ukraynada təhsil almaq istəyirsinizsə bu sənədləri toplayıb bizə müraciət edə bilərsiniz:

Xarici pasport – Xarici pasport almamısınızsa, şəxsiyyət vəsiqəsi ilə bizə müraciət edə bilərsiniz. Yaddan çıxarmayın ki, xarici pasport böyük mahiyyət kəsb edir.

Attestat – 11-ci sinifi bitirmiş bəzi tələbələrə attestat gec verilir. Əgər siz 11-ci sinifi bitirmiş və attestatı ala bilməmisinizsə onda attestat əvəzinə məktəbdən arayış alıb bizə müraciət edə bilərsiniz.

Sağlamlıq haqqında şəkilli arayış – Bu arayışı istənilən xəstəxanadan və ya yaşadığınız ərazidən əldə edə bilərsiniz.

SPİD sertifikatı – Bu sənəd Ukraynada əyani təhsil almaq istəyən tələbələrə  lazım olur. Ukraynada qiyabi təhsil almaq istəyən tələbələrə bu sənəd lazım deyil.  Ukraynada təhsil almaq istəyirsinizsə onda bu sertifikatı Azərbaycanda semashko(semaşka) adlanan xəstəxanadan ala bilərsiniz.

Fotoşəkil –  10 ədəd 3×4 ölçüdə

Siz Bakalavr yox Magistratura təhsili almaq istəyirsinizsə attestat əvəzinə sadəcə Diplom və Diplom əlavəsi ilə bizə müraciət edəcəksiniz. Əgər hələ təhsil aldığınız universitetdən diplom almamısınızsa, universitetdən arayış və 8 semesterin qiymət çıxarışı ilə bizə müraciət edə bilərsiniz.  8 semesterin qiymət çıxarışını verməsələr, onda son 7 semesterin qiymət çıxarışı ilə SET-ə müraciət edə bilərsiniz.

Ukraynada təhsil xərcləri

Ukraynada dövlət universitetlərində illik təhsil haqqları 600 AZN-la 2000 AZN arasında olur. Ukraynada təhsil haqqları digər ölkələrlə müqayisədə elədə baha deyil. Ukraynada illik təhsil haqqını iki hissəyə bölüb 6 aydan bir ödəyə bilərsiniz.

Ukraynada yataqxanalar nisbətən ucuzdur. Yataqxananın illik ödənişi  510 AZN  və ya hər ay 50 AZN təşkil edir.

Ukrayna dövlət universitetlərinə qəbul olduqdan sonra sizin Azərbaycandan universitetə getməyiniz üçün təyyarə biletini bir neçə ay əvvəl almağınız məsləhət görülür. Çünki bu zaman biletin qiyməti nisbətən ucuz olur. Bəzən bileti 150 AZN-ə, bəzən də 510 AZN-ə ala bilərsiniz. Ona görə də çalışın bileti 1 ay öncədən ala biləsiniz. 

SET şirkəti Ukrayna dövlət universitetlərinə tələbə qəbulunu 900 AZN və ya 1200 AZN dəyərində edir. SET şirkətində iki cür paketlər vardır: 900 AZN-lıq və ya 1200 AZN-lıq paket.  Seçəcəyiniz paketdən asılı olaraq qiymətlər dəyişir. 900 AZN-lıq paketə ancaq sizin universitetə qəbulunuz daxildir, əlavə olaraq heç bir xidmət yoxdur. 1200 AZN-lıq paketə isə həm universitetə qəbulunuz, həm burdan sizi yola salmaq, həm universitetdə qarşılamaq, yataqxana tapmaq və yerləşdirmək, şəhərlə, universitet və universitetin müəllimləri ilə tanış etmək v s. bu kimi xidmətlər daxildir.